“Görünən budur ki, Zəngəzur dəhlizinin açılması ətrafında çox ciddi proseslər gedir. Bəzi siyasi mərkəzlər açıq formada dəhlizin açılmasında maraqlı olduğunu dilə gətirir, bəziləri əleyhinə olmasa da, tərəfdar kimi də çıxış etmirlər. Bir qrup ölkələr çalışır ki, Zəngəzur dəhlizinin açılmasından maksimum mənfəət əldə etsinlər”.
Bunu Demokrat.az-a açıqlamasında deputat Azər Allahverənov deyib. O bildirib ki, ABŞ-ın son zamanlar Zəngəzur dəhlizi ilə bağlı bir neçə təklifi olub:

“Rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə bu təkliflər çatdırılır. Bu təkliflərdən biri ABŞ şirkətlərinin Zəngəzur dəhlizinin idarə olunmasına cəlb edilməsi idi. Digəri isə Zəngəzur dəhlizinin 100 illik müddətə icarəyə götürülməsidir. Bu təkliflər göstərir ki, Zəngəzur dəhlizinin açılacağı məsələsi heç kimdə şübhə yaratmır. Lakin mən 100 illik icarə məsələsinin reallaşa biləcəyini düşünmürəm, xüsusən də Zəngəzur dəhlizi kimi bir məsələdə.Ermənistan da bütün təklifləri dəyərləndirmək istəyir. Azərbaycan üçün əsas önəmli olan qərb rayonlarının Naxçıvanla əlaqələndirilməsidir. Hansı təklifin reallaşmasından asılı olmayaraq, Azərbaycanın bu prinsipial mövqeyi nəzərə alınmalıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az