"Vaqif Poeziya Günləri" Qazaxda başladı — FOTOLAR

MƏDƏNİYYƏT 15 iyul 2025, 15:14
14 iyul 2025-ci il tarixində Qazaxda ölkənin ənənəvi ədəbi bayramlarından biri – “Vaqif Poeziya Günləri” başladı. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.
 
Poeziya bayramı bu il görkəmli xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinə həsr olunmuş konfransla açıldı. Konfransda çıxış edən rəsmilər və ziyalılar Yusif Səmədoğlunun ədəbi irsindən danışaraq, onun Azərbaycan mədəniyyətindəki mühüm rolunu vurğuladılar.
 
Günün ikinci yarısında isə Qazaxın Mütəfəkkirlər Parkında Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Milli Məclisin deputatı Səməd Seyidovun nitqi ilə tədbirin rəsmi açılışı keçirildi. Onlar, eyni zamanda, bu il Azərbaycanın müzəffər zəfərinin 5 illiyinin qeyd olunduğunu xatırladaraq, poeziya bayramının belə bir əlamətdar tarixlə üst-üstə düşməsinin xüsusi rəmzi məna daşıdığını vurğuladılar.
 
Açılış nitqlərindən sonra səhnədə Səməd Vurğunun “Vaqif” pyesi nümayiş olundu. Tamaşa izləyicilərə duyğusal anlar yaşatdı və poeziyanın bənzərsiz təsir gücünü bir daha sübut etdi.
 
Axşam saatlarında təşkil olunan bədii proqram və konsert isə poeziya bayramına rəngarənglik qataraq, iştirakçılar üçün unudulmaz bir günə çevrildi.













 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top