Ağır qəzada ölən qohumların FOTOSU

HADİSƏ 14 iyul 2025, 15:35

Xəbər verdiyimiz kimi, dünən Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsi 3 nəfərin həyatını itirməsi ilə nəticələnib.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “QAZ 3110” markalı avtomobilin su kanalına düşməsi nəticəsində yaxın qohum olan 1971-ci il təvəllüdlü Sərraf Qafarov, 1989-cu il təvəllüdlü Camal Dəmirov və 1987-ci il təvəllüdlü Ramiq Həsənov vəfat edib.

Onların suya düşən maşında boğularaq ölməsi məlum olub.

Qeyd edək ki, hər 3 şəxs əkin sahəsinə gedərkən hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Vəfat edən şəxslərin fotosunu təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top