Salyanda avtomobil kanala aşdı — 3 nəfər öldü

HADİSƏ 13 iyul 2025, 16:55
Salyanda avtomobilin su kanalına aşması nəticəsində üç nəfər ölüb.

Demokrat.az xəbər verir ki, hadisə Parça Xələc kəndində qeydə alınıb. Belə ki, rayonun Seyidan kəndindən Gəncəli kəndinə doğru hərəkətdə olan “QAZ-31” markalı avtomobil yolun kənarındakı su kollektoruna düşüb.

Qəza nəticəsində Gəncəli kənd sakinləri; 1971-ci il təvəllüdlü Qafarov Sərraf Abbasağa oğlu, 1989-cu il təvəllüdlü Dəmirov Camal Mürşüd oğlu və 1987-ci il təvəllüdlü Həsənov Ramiq Vahil oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 22:00
Top