Hüquqşünas: “Kadr dəyişikliyi olanda Allaha yalvarmalıyıq ki, qlamur boşboğaz gəlməsin...”

SİYASƏT 01 dekabr 2019, 12:21

“Dəyişikliklərdən biri də o oldu ki, Prezident Adiministrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin yerinə iki yeni şöbə yaradıldı: Hüquq ekspertizası şöbəsi və Qanunvericilik və hüquqi siyasət şöbəsi. Beləliklə, Şahin Əliyevin rəhbərlik etdiyi şöbə iki şöbəyə bölünüb və o, Hüquq ekspertizası şöbəsinin müdiri təyin olunub. Qanunvericilik və hüquqi siyasət şöbəsinin rəhbəri isə hələ təyin olunmayıb. Ora rəhbər tapmaq elə də asan məsələ deyil”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu hüquqşünas Əkrəm Həsənov deyib.

 

Ə.Həsənov xatırladıb ki, hələ 1991-ci ildə Dövlət Müstəqilliyi Aktının müəllifi olmuş Şahin Əliyev Milli Məclisdəki çıxışında "qanunvericilik çox incə materiyadır" deyirdi: “Həmin çıxışa mütləq baxın, deputatlara hüquq dərsi verir! Bu dərs hər bir məmura lazımdır, illər keçsə də, vəziyyət dəyişməyib: hüquq, qanun nədir - bilən azdır, hətta hüquqşünasların mütləq əksəriyyəti arasında”.

 

O bildirib ki, Azərbaycanda 5 ən yaxşı hüquqşünas varsa, onlardan biri də Şahin Əliyevdir: “Müstəqillik dövründə ölkədə hüquq elmi üzrə yazılan yeganə (!) fundamental kitabın ("Konstitusionalizmin qrammatikası") müəllifidir. Qanunvericiliyimizdə problem çoxdur. Amma inanın ki, Şahin Əliyev olmasaydı, vəziyyət xeyli ağır olardı... Ümid edirəm ki, bundan sonra Administrasiyada bu işlə Şahin müəllimin qabiliyyətinin heç olmasa yarısına malik olan hüquqşünas məşğul olacaq. Əsas odur ki, qlamur boşboğaz olmasın! Ümumiyyətlə, biz indi hər bir kadr dəyişikliyi olanda Allaha yalvarmalıyıq ki, qlamur boşboğaz gəlməsin, qlamur boşboğaz gəlməsin, qlamur boşboğaz gəlməsin. Yaman çoxalıblar...”  (Pravda.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 iyul 2025, 12:50
Top