Xaçmaz rayonunda dəhşətli hadisə yaşanıb. 15 yaşlı oğlan anasını telefon üstündə qətlə yetirib. Yeniyetmələrin yaşıdlarına qarşı amansız davranışı zaman-zaman cəmiyyətdə müzakirələrə səbəb olur. Artıq vəziyyət o həddə çatıb ki, keçid dövründə olan uşaqlar valideynlərinə belə acımırlar.
Psixoloq Gövhər Məmmədova Demokrat.az-a bununla bağlı açıqlama verib.
Psixoloq bildirib ki, yeniyetməlik dövrü fiziki və emosional cəhətdən orqanizmdə görünür səviyyədə dəyişikliklərin ortaya çıxması ilə müşahidə olunur:
“Bu eyni zamanda valideynlər üçün də çox həssas bir dönəmdir. Belə ki bəzən bir cümləmiz yeniyetməlik yaş dövründə olan övladımız üçün bizim təsəvvür edə bilməyəcəyimiz qədər dərin mənalar ifadə edə bilər. Ona görə də bu yaş dövründə mümkün qədər diqqətli, həssas, səbirli olmaq lazım gəlir. Əlavə olaraq qeyd etməliyəm ki, ekran asılılığı bu günümüzün ən böyük və daha da böyüyən problemlərindən biridir. Məlumdur ki, hazırda texnologiya dövründə yaşayırıq və ekransız yaşamaq demək olar ki, çox çətindir”.
Psixoloq diqqətə çatdırıb ki, uşaqları da bu sahədə idarə etmək valideynlər üçün olduqca çətin hal alıb:
“Bu problemin yaranmaması üçün kiçik yaşlardan ciddi şəkildə ekran nəzarəti olmalıdır. Uşaqlarla yetəri qədər zaman keçirilməli, dostlarını tanımalı, onu sıxmayacaq şəkildə daimi nəzarət olunmalıdır. Hər hansı kiçik dəyişiklik hiss etdikdə zaman keçirdiyi mühit ilə maraqlanmalı, səbəblər tapılmalı və gec olmadan həll edilməlidir. Əgər heç bir halda nəzarət edilə bilmirsə, nə edəcəyinizi artıq bilmirsinizsə, professional dəstək alınmalıdır”.
Leyla Turan
Demokrat.az