Görüşün nəticələrinin region üçün müsbət olacağı gözlənilir —Politoloq

GÜNDƏM 20 iyun 2025, 12:28
Azərbaycan, Gürcüstan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü planlaşdırılır.

Bununla bağlı politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlama verib. 

O deyib ki, Azərbaycan bölgədə üçtərəfli formatda əməkdaşlıq görüşlərinin keçirilməsində maraqlıdır:

“Xüsusilə Vətən müharibəsindən sonra bu tip formatlar daha da aktuallaşıb. Hazırkı dövrdə liderlər, siyasi idarələrin rəhbərləri və parlament sədrləri arasında keçirilən belə görüşlər regional təhlükəsizliyi gücləndirir, tərəflər arasında etimadı artırır. Azərbaycanın cənub və şimal qonşularının hərbi və siyasi gərginliklə üzləşdiyi bu dövrdə təmasların və dialoqun artırılması mühüm ehtiyac olaraq qalır. Bu baxımdan, Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrlərinin – o cümlədən, Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə keçirilən son görüş xüsusi diqqət çəkir”. 

Politoloq əlavə edib ki, Azərbaycan bu iki dost və müttəfiq ölkə ilə birgə çoxsaylı strateji layihələr həyata keçirib:

“Bu layihələrə nəqliyyat və enerji sahəsində əməkdaşlıq xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və digər layihələr daxildir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artmaqda davam edir və bu baxımdan üç ölkənin birgə fəaliyyəti mühüm önəm daşıyır. Görüşün nəticələrinin region üçün müsbət olacağı gözlənilir. Belə formatda dialoqun intensivləşdirilməsi həm mövcud məsələlərin həllinə kömək edir, həm də gələcək əməkdaşlıq üçün zəmin yaradır. Mövcud vəziyyətdə dövlətlər arasında ciddi həllolunmaz problemlər görünmür, lakin qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün bu cür görüşlərin davamlı xarakter alması vacibdir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top