Təl-Əvivdə ABŞ səfirliyinin yaxınlığına raket düşdü

DÜNYA 16 iyun 2025, 10:49
Təl-Əvivdə ABŞ səfirliyinin yaxınlığına raket düşüb.

Demokrat.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb.

"Raketlərdən biri ABŞ səfirliyi kompleksinin ərazisinə yaxın bir yerə düşüb", - deyə məlumatda bildirilir.

Portal raketin hansı ölkəyə məxsus olduğunu açıqlamayıb.

Öz növbəsində ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib ki, yaxınlıqda baş verən partlayış nəticəsində səfirlik az miqdarda zərər görüb, lakin heyət üzvləri arasında xəsarət alan olmayıb.

Bundan əvvəl Təl-Əvivdə Danimarka səfirinin yaşadığı çoxmərtəbəli binaya İranın atdığı raket düşüb. Danimarkanın İsraildəki səfiri Tomas Vinkler "Facebook" hesabında bildirib ki, təhlükəsiz sığınacaqda olduğu üçün o, xəsarət almayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 iyun 2025, 15:14
Top