Hakan Fidan Lavrovla İsrailin İrana hücumunu müzakirə ediblər

XARİCİ SİYASƏT 15 iyun 2025, 16:19
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edib və İranın nüvə proqramı ilə bağlı məsələnin yalnız diplomatik yollarla həll edilə biləcəyini bildirib.

Demokrat.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

"Nazir Hakan Fidan bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb. Danışıq zamanı İsrail və İran arasındakı münaqişə, həmçinin bu gərginliyin mümkün qlobal və regional nəticələri müzakirə olunub. Fidan hadisələrin inkişafının narahatlıq doğurduğunu və İranın atom fəaliyyəti ilə bağlı mübahisənin həllinin və münaqişəyə son qoymağın yeganə yolunun diplomatiya olduğunu bildirib", – deyə mənbə qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top