Pentaqon: "İran üç həftəyə 10 nüvə başlığı istehsal edə bilər"

DÜNYA 10 iyun 2025, 22:44
"İran üç həftə ərzində 10-a qədər nüvə başlığı yaratmağa qadirdir."

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bəyan edib.

"Əgər İran rejimi nüvə silahının sürətləndirilmiş inkişafı istiqamətində irəliləməyə qərar verərsə, təxmin edilir ki, xammal ehtiyatı üç həftə ərzində 10-a qədər nüvə başlığının istehsalı üçün kifayət edəcək.

İran nüvə silahı əldə edərsə, bölgədəki digər ölkələr də nüvə silahı əldə etmək üçün mümkün olan hər şeyi edəcəklər - ya bu texnologiyanı inkişaf etdirəcək, ya da satın alacaqlar ki, İrana qarşı çəkindirici qüvvələrini saxlaya bilsinlər", - Kurilla bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyun 2025, 09:41
Top