“Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!” — Xalq artisti qəzəbləndi

ŞOU-BİZNES 05 iyun 2025, 12:08
"Birini mən deyirəm, 5-ni cavab qaytarır. Özlərinin instaqram və feysbukda tulaları var”.

Demokrat.az xəbər verir ki, bu sözləri "Yenisabah.az”a açıqlamasında Xalq artsiti Şeyx Əbdül Mahmudbəyov deyib. O Nəfəsin gündəm olan çıxışından - şəhid şəkilləri qarşısında rəqs etməyindən danışıb:

"Mən deməkdən, danışmaqdan yorulmuşam. Artıq dövlət bu işə müdaxilə etməlidir. Bayağı və səsi olmayan müğənnilərlə doldurulan efirlərlə bağlı cinayət işi açılmalıdır. Buna şərait yaradan insanlar cəzalandırılmalıdır. Nəfəs və digərlərində günah yoxdur. Günah bizdədir ki, bu cür eybəcər hallara qarşı dinib-danışmırıq”.

Xalq artisti belə müğənnilərin cəzalandırılmasını təkidlə tələb edir:

"Cəza hökmü yoxdur. Yer yiyəsiz olanda donuz təpəyə çıxır. Belə bir misal var. Ona görə də artıq bu özbaşınalığı, rüsvayçılığı, mədəniyyətimizə, musiqimizə, əxlaqımıza vurulan ziyanı sözlə yoluna qoymaq mümkün deyil. Artıq çox ciddi cəza üsulları tərtib edilməlidir. Efirlərə belə oxuyanları buraxmamaq lazımdır. Ayda bir-iki nəfər yaxşı sənəti olan şəxslər verilişlərə dəvət edilməlidir. Kütləvi sürətdə meyxanalaşmış mahnılar, ağızlarına gələn sözlər və s. bunlarla mübarizə aparmaq üçün dövlət səviyyəsində ölçü götürülməlidir. Televiziya kanallarına "dur” demək lazımdır. Pul qazanmaq üçün nə rüsvayçılıq varsa, edirlər. Milli Məclis ciddi sürətdə bununla bağlı qərar verməli, cəza üsulları təqdim edilməlidir”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top