Ukraynanın Avropa İttifaqına potensial üzvlüyü fonunda Kiyev qrivna üçün baza valyutasının ABŞ dollarından avroya dəyişdirilməsini nəzərdən keçirir.
Demokrat.az-ın xəbərinə görə, bu barədə Ukrayna Milli Bankının rəhbəri Andrey Pışnı "Reuters"in müxbirinə müsahibəsində məlumat verib.
Pışnı belə bir keçid üçün bir neçə arqument irəli sürüb. Birincisi, Ukraynanın Aİ-yə potensial üzvlüyü avronun baza valyutası kimi seçilməsini məntiqli edir. İkincisi, avro dollarla müqayisədə qlobal bazarlarda daha yüksək volatillik (dəyişkənlik) nümayiş etdirir. Və nəhayət, Ukraynanın müdafiə qabiliyyətinin təmin edilməsində Avropa İttifaqının rolu son dövrlərdə xeyli artıb.
Ukrayna Milli Bankının rəhbəri, həmçinin qeyd edib ki, artıq Ukrayna valyuta bazarının əksər seqmentlərində avro ilə əməliyyatların payı artır. Bu, Avropa valyutasının ölkənin maliyyə sistemində rolunun tədricən güclənməsindən xəbər verir.
Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu yaxınlarda Ukraynanın Aİ-yə daxil olması prosesini sürətləndirməyə çağırıb. O, Kiyevin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara artıq 2025-ci ildə başlamağı təklif edib.