"Mayda soyuq hava dalğaları və tez-tez yağışlar ölkəmiz üçün anomaldır" — AÇIQLAMA

GÜNDƏM 02 may 2025, 17:55
May ayında ölkə ərazisində havanın temperaturu tədricən artır. Son illərdə may ayında hava şəraiti ötən illərlə müqayisədə daha çox dəyişkən keçir. May ayında ilin fəslinə uyğun olaraq isti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində temperatur və təzyiq fərqləri yaranır.

Bununla bağlı meteroloq Cavidan Əliyev Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, may ayında son illərdə müşahidə olunan soyuq hava dalğaları və tez-tez yağışlar ölkəmiz üçün anomaldır:

"Belə anomaliyalar mayda olub. Dağlıq, bəzən dağətəyi rayonlarda qar müşahidə olunub. Lakin bu çox nadir hallarda baş verib. Qlobal iqlim dəyişikliyi ilə bağlı olaraq buna oxşar hallar daha tez-tez təkrarlanır. Əlbəttə ki, bu, arzuolunan deyil. Kənd təsərrüfatına çox ziyan vurur, insanların adaptasiyasına isə pis təsir edir”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top