"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir"

DAXİLİ SİYASƏT 02 may 2025, 16:44
Bu gün dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə, bunu edənləri ifşa etməyə və qarşısını almağa qadirdir.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri Ramid Namazov cari il fevralın 20-də bir sıra media resurslarına qarşı həyata keçirilən kiberhücumlarla bağlı danışarkən deyib.

O bildirib ki, kiberhücumun Rusiyadan qaynaqlanan kibercasus qrupu tərəfindən edilməsi müttəfiqlik əlaqələrinin ruhuna ziddir. Texniki cəhətdən peşəkar səviyyədə həyata keçirilən kiberhücumun Rusiyadan qaynaqlanan kibercasus qrupu tərəfindən edilməsi təbii ki, təəssüf hissi doğurur. Bu, həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin konkret müddəalarına və əlaqələrimizin ruhuna zidd olan bir haldır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top