Saxta saytları necə ayırd etmək olar? — AÇIQLAMA

İKT 07 aprel 2025, 16:37
"Məsələ hazırda aktualdır. Saxtakarların saxta saytlar vasitəsilə insanları aldatması daha da peşəkar forma alır. Saxta saytları bir neçə üsulla müəyyən etmək olar. Rəsmi domen adlarında fərqliliklər ola bilər. Məsələn rəsmi saytlarda olan adların əksinə 1 hərf fərqli ola bilər. Domen adında əlavə olaraq simvollar, nöqtələr və ya səhv yazılmış sözlər ola bilir. Göndərilən linklərdə saytlar birə-bir eyni görünə bilər, ancaq bir fərqlilik mütləq olmalıdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Natiq Məmişov deyib. 

"Saxta saytlar hətta bəzən orijinalla eyni dizaynda olur. Bu halda şriftlər, düymələrin rəngi, sözlərin yerləşməsi fərqli ola bilir. Rəsmi bank saytlarında qrammatik səhv ola bilməz, saxta saytlarda isə tərcümədən istifadə olunduğu üçün səhvlər ola bilir".

Mütəxəssis bildirib ki, şəxsi məlumatların tələb olunmasına diqqət yetirmək lazımdır:

"Rəsmi saytlar "FİN", "cvv", seriya nömrəsi kimi məlumatları onlayn formada tələb etmirlər. Bu cür məlumatların istənilməsi böyük ehtimalla fırıldaq deməkdir. 

Brauzerlərin verdiyi xəbərdarlıqlara diqqət yetirmək lazımdır. Məsələn, "Google Chrome" saxta saytlara giriş zamanı qırmızı xəbərdarlıq verir. Saytın sertifikatı yoxdursa, tam yuxarıda "not secure" ifadəsi yazılır. 

Mobil nömrə və ya "Whatsapp" üzərindən gələn linklər adətən problemli olur. Linkə "klik" edən zaman şəxsi məlumatları daxil etmədən saytdan çıxmaq lazımdır. Hər zaman rəsmi mənbələrdən istifadə etmək lazımdır. Axtarış yerinə birbaşa domen adını yazmaq lazımdır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top