BMT Baş Assambleyasının komitə iclasında Krımdakı situasiya müzakirə olunub. Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, komitə “Krım Muxtar Respublikasında və Sevastopol şəhərində insan haqlarının vəziyyəti” adlı qətnaməni qəbul edib.
67 ölkə sənədin lehinə, 82-si bitərəf və 23 ölkə əlehinə səs verib.
“Sənədi Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Çin, Suriya, bir ısra Afrika və Cənubi Amerika ölkələri dəstəkləməyib”.
BMT Baş Assambleyası dekabrda sənədi təsdiqləyəcək.