Naxçıvanda DƏHŞƏT — Ər həyat yoldaşını döydükdən sonra onu asıb öldürüb?

KRİMİNAL 24 mart 2025, 18:22
Naxçıvanda həyat yoldaşını tavandan asaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Demokrat.az
xəbər verir ki,  Sədərək rayon sakini, 2000-ci il təvəllüdlü, iki uşaq anası Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək, müvafiq araşdırmalar həyata keçiriblər. Tədbirlər nəticəsində 1992-ci il təvəllüdlü Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsi müəyyən olunub. A.İbrahimli şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top