Belarus prezidenti Aleksandr Lukaşenkonun göstərişi ilə ölkənin silahlı qüvvələrin döyüş hazırlığının sınağı başlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.
"Bu gün Belarus prezidentinin tapşırığına əsasən, Belarus Respublikası Təhlükəsizlik Şurasının Dövlət Katibliyi silahlı qüvvələrin döyüş hazırlığının yoxlanılmasına başlayıb. Təlimlərə cəlb olunan bölmələr təyin olunmuş ərazidə mühəndis texnikası, kamuflyaj, mühafizə və müdafiə tədbirləri həyata keçirməli, standart silahlardan sınaq atışlarını yerinə yetirməli olacaqlar", - deyə məlumatda bildirilib.
Müasir hərbi münaqişələrin təcrübəsi nəzərə alınmaqla döyüşə yaxın mühitin yaradılması üçün həm zərbə, həm də kəşfiyyat PUA-larından, eləcə də aviasiyadan istifadə edilməsi nəzərdə tutulur.
Müdafiə Nazirliyi, həmçinin yoxlama zamanı hərbi texnikanın hərəkətinin planlaşdırıldığı, ümumi istifadədə olan avtomobil yollarında və müəyyən ərazilərdə mülki nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlərin mümkünlüyünə diqqət çəkib. (Teleqraf)