Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzindən muxtar respublikanın Qida Təhlükəsizliyi Agentliyinə ikisi azyaşlı olmaqla altı nəfərin dönərdən zəhərləndiyi barədə məlumat daxil olub.
Qida Təhlükəsizliyi Agentliyindən Demokrat.az-a bildirilib ki, agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşən “Hilal" kafedə baş verdiyi məlum olub.
Faktla bağlı agentlik tərəfindən araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.