"Onlar təxribatlar aparmaqla Azərbaycanı cavab verməyə sövq edir" — Politoloq

GÜNDƏM 19 mart 2025, 16:01
"Zaman-zaman Ermənistanın sülhdən danışıb, fərqli davrandığının şahidi olmuşuq. Hazırda da eyni proseslər baş verməkdədir. Baxmayaraq ki, Azərbaycan və Ermənistan tərəfi bəyanat yayaraq sülh danışıqları üzrə prosesin başa çatdığını və Ermənistanın bütün şərtləri qəbul etdiyini dedi, yenə də təxribatlar davam edir. Bütün bunlar bir neçə səbəblə izah oluna bilər".

Bu sözləri Demokrat.az-a açıqlasında politoloq Oqtay Qasımov deyib. 

"Birincisi ondan ibarətdir ki, Ermənistanın arxasında dayanan qüvvələr bölgədə sülhə maraqlı deyillər və silahlandırmağa davam edirlər. İkincisi isə Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyənin kifayət qədər çox olmasıdır və hakimiyyət etimad ediləcək hakimiyyət deyil. Onlar prosesləri uzatmaqla uyğun zəmin yaratmağa çalışırlar ki, revanş cəhdləri etsinlər. Hesab edirəm ki, digər səbəb Ermənistanın bu cür cəhdlərlə Avropa İttifaqının bölgədə missiyasının qalmasının vacibliyini göstərməkdir. Onlar təxribatlar aparmaqla Azərbaycanı cavab verməyə sövq edir, yarımçıq sənəd imzalatmağa çalışırlar. Azərbaycan da bunları yaxşı bildiyi üçün təxribatları təmkinlə qarşılayır. Bütün bunlar Ermənistanın prosesi uzatmaq istəyindən irəli gəlir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top