Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində bu gün Malta ilə qarşılaşıb.
Demokrat.az xəbər verir ki, portuqaliyalı baş hakim Filipa Pereyra Kunyanın idarə etdiyi görüş Malta seçməsinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər matçında isə Bolqarıstan Lüksemburq millisini 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Hərəyə altı xalı olan Bolqarıstanla Lüksemburq milliləri birinci və ikinci pillələri bölüşür. Hərəyə üç xalı olan Malta və Azərbaycan seçmələri isə üçüncü və dördüncü sıralarda qərarlaşıblar.