Levandovski Ronaldinyoya çatdı

İDMAN 18 mart 2025, 08:42
“Barselona”nın hücumçusu Robert Levandovskinin dünən La Liqanın 28-ci turu çərçivəsində “Atletiko”ya vurduğu qol daha bir cəhətdən əlamətdar olub. 

QOL.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, polşalı forvard Kataloniya klubunun heyətində 94-cü dəfə fərqlənib. 

Bu göstərici ilə Levandovski Ronaldinyoya çatıb. Lakin əfsanəvi braziliyalı “Barselona”nın heyətində 94 qolu 207, polşalı hücumçu isə 135 matçda vurub.  

Xatırladaq ki, “Atletiko” ilə matçda fərqlənməklə Levandovski həm də Messidən sonra bir mövsümdə 35 qol həddinə çatan ilk "Barselona"lı futbolçu olub. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top