Bakıda mağazaya bıçaqlı hücum — VİDEO

HADİSƏ 08 mart 2025, 13:59
Nizami rayonundakı şərab mağazalarından birində martın 6-sı axşam quldurluq hadisəsi baş verib.

Demokrat.az
DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, naməlum şəxsin mağazada işləyən 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində min manat pul olan kassa aparatını talayıb.

Hadisənin görüntüləri anbaan kameralara düşüb.

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top