Ramazan ayı hər il 10-12 gün tez başladığı üçün 2030-cu ildə iki dəfə oruc tutulacaq.
Demokrat.az Yenisabah.az-a istinadən xəbər verir ki, Hicri təqvimi Miladi təqvimdən təxminən 10-12 gün qısa olduğu üçün Ramazan ayı hər il bir qədər tez başlayır.
Bu dövr təxminən 33 ildən bir tamamlanır və Ramazan eyni tarixə qayıdır.
2030-cu il bu xüsusi hallardan biri kimi tarixə düşəcək. Ramazan yanvar ayında başlayacaq və bir ay davam edəcək. Lakin ilin sonunda, dekabrda Ramazan ayı yenidən başlayacaq. Beləliklə, müsəlmanlar 2030-cu ildə iki dəfə Ramazan orucunu tutmuş olacaqlar.
2031-ci ildə Ramazan ayı şimal yarımkürəsində qış aylarına düşəcək. Günlərin ən qısa olduğu bu dövrdə oruc tutma müddəti də ən aşağı səviyyədə olacaqdır.
2047-ci ildə əksinə olacaq. Ən qısa orucluq dövrü 2031-ci ildə yaşanacaqsa, bunun əksi 2047-ci ildə yaşanacaq. Bu il Ramazan ayı iyun ayına təsadüf edəcək və oruc ən uzun günlərdə tutulacaq. Xüsusilə də şimal yarımkürəsində günlərin 18-20 saatdan çox davam etdiyi ölkələrdə oruc tutma müddəti kifayət qədər uzun olacaq.