Deputat Razi Nurullayev Milli Məclisin İnsan hüquqları komitəsinin keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib ki, bu gün boşanmaların artmasının səbəbi daha çox qadınların sərbəst qalmaq və aliment almaq imkanlarının olmasıdır.
Məsələ bağlı sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlama verib.
O diqqətə çatdırıb ki, boşanmaların statistikasında artım tempinə aliment səbəb olmur:
“Aliment həmişə olub və həmişə də olmalıdır. Çünki bu məhz uşaqların böyüməsi, onların qidalanması üçün nəzərdə tutulan bir məbləğdir. Aliment uşaq mərkəzli bir yanaşmadır. Belə ki, məhz uşaqların qidalanmasına, böyüməsinə, onların təminatı üçün nəzərdə tutulan məbləğdir. Bu məbləği əlbəttə ki, bəzi valideynlər obyektiv, bəzi dınaq arası valideynlərsə subyektiv səbəbdən ödəmək istəmirlər. Bəzi valideynlər özlərini işsiz kimi qələmə verir ki, aliment ödəməsinlər. Bu, yol verilməzdir. Hesab etmirəm ki, boşanmaların artmasında alimentin rolu var. Düzdür, bu günləri təkcə qadınlar yox, kişilərdə də eqoist həyata, hedonist, yəni, zövqə düşkün həyata meyillənmələr var. İnsanlar nədənsə uşaq, ailə məhsuliyyəti çəkmək istəmirlər. Bunu boşanmaların statistikasına baxanda da görürük”.
Sosioloq əlavə edib ki, əvvəllər uşaqlı ailərdə boşanmalar çox az idi:
“Ancaq bu günləri uşaqlı ailərdə boşanmalar daha çox üstünlük təşkil edir. Bu da onu göstərir ki, cəmiyyətdə insanların düşüncə transformasiyası baş verir. Düşüncə transformasiyası fonunda da insanlar artıq boşanmaya ailə dramı, ailə faciəsi kimi yanaşmırlar, çox tolerant yanaşırlar. Aliment mütləq verilməlidir, bu uşağa verilir, uşaq üçün nəzərdə tutulur. Alimenti ödəyə bilməyən valideyn varsa, aliment fondu yaradılmalıdır. Bu aliment fondu vasitəsi ilə o ödəniş olunmalıdır. Sonra həmin şəxs iş tapdıqdan sonra maaşından fonda pul köçürməlidir. Hesab edirəm ki, məsələ bu şəkildə tənzimlənməlidir”.
Leyla Turan
Demokrat.az