Bakıda “Konstitusiya və Suverenlik” ili çərçivəsində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

MƏDƏNİYYƏT 05 mart 2025, 19:09
Bakıda “Konstitusiya və Suverenlik” ili çərçivəsində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

"Report" xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət və hökumət nümayəndələri, eləcə də ictimai-siyasi fəaliyyəti ilə seçilən qadınlar iştirak ediblər.

Tədbirdə Azərbaycan qadınları haqqında hazırlanan videoçarx təqdim edilib.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən Prezident İlham Əliyevin qadınlara təbrik məktubu səsləndirilib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclis Sədrinin I müavini Əli Əhmədov və AZAL-ın təyyarə qəzasında sağ qalan, "Rəşadət" ordenli stüardessa Aydan Rəhimli çıxış ediblər.

Onlar Azərbaycan qadınlarını təbrik edib, qadınlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Tədbir bədii hissə ilə davam edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top