Fevralın 27-də Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının mədəni mülkiyyətinin qanunsuz dövriyyəsi mövzusunda dəyirmi masa keçirilib.
Demokrat.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli ölkəmizdə mədəni mülkiyyətin qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb. Mədəni irs sahəsində dövlət siyasətinə toxunan nazir bildirib ki, Azərbaycanda mədəni mülkiyyətin qorunması daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub və bu sahədə qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb.
A.Kərimli çıxışı zamanı ölkəmizdə tarixi abidələrin monitorinqi, inventarlaşdırılması, abidələrin bərpa və konservasiyası, tarix-mədəniyyət qoruqlarının fəaliyyəti, mədəni irsin qorunması işinin təkmilləşdirilməsi (qanunsuz müdaxilələrin qarşısının alınması) və digər məsələlərə toxunub. Diqqətə çatdırılıb ki, ölkəmizdə mədəni irsin dairəsi, onun mühafizə mexanizmi və inkişafı ilə bağlı qanunverici və institusional baza yaradılıb. Azərbaycan mədəni irsin mühafizəsi məsələlərini tənzimləyən bütün beynəlxalq universal konvensiyalara qoşulub.
Nazir Birinci Qarabağ müharibəsi vaxtı və işğal illərində mənfur ermənilər tərəfindən Qarabağ və Şərqi Zəngəzurda daşınar və daşınmaz mədəni irsimizin məhv edilməsi və qanunsuz çıxarılmasından da söhbət açıb. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışdan sonra mədəniyyətimizin dirçəlməsi və qorunması prioritet siyasət istiqamətlərindən olub. İşğal dövründə ermənilər tərəfindən Qarabağdan qanunsuz olaraq çıxarılmış mədəni sərvətlərin bir qismi Ümummilli Liderin iradəsi ilə geri qaytarılmışdır. Buna bariz nümunə olaraq Şuşada güllələnmiş heykəllərin Gürcüstandan gətirilməsini göstərə bilərik. Bunlar Azərbaycanın üç dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləridir. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı heykəllərin açılışını etmişdir. Prezident tərəfindən Ulu Öndərin siyasətinin davam etdirilməsi və postmünaqişə dövründə dağıdılmış abidələrin surətli şəkildə bərpası həyata keçirilir.
Nazir bildirib ki, bugünkü tədbirdə mədəni irsin qorunmasına cavabdeh olan qurumların nümayəndələri iştirak edir və təqdimatlar, müzakirələr bu sahədə vacib məqamlara aydınlıq gətirəcək.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərovun moderatorluğu ilə davam edən tədbirdə Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədova, Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlı, Türkiyənin Mədəniyyət Nazirliyinin Mədəni irs və muzeylər şöbəsinin müdir müavini Bülent Gönültaş və başqaları çıxış edərək mədəni mülkiyyətin qorunması sahəsində görülən işlərdən danışıblar.