"Ermənistan dövləti müstəqil qərarlar qəbul etməyə mahiyyəti olmayan dövlətdir. Onun atdığı bütün addımlar xarici güclərdən asılıdır. Xüsusilə, son illər Fransanın Ermənistanı sürətli şəkildə silahlandırmasının, Aİ-nin mülki müşahidə missiyası adı altında Ermənistan ərazisində Qərbin cəsus şəbəkəsinin fəaliyyət göstərməsinin şahidi oluruq".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
"Bu tip birliklərin Ermənistandan istifadə etmək meyarları nəticəsində Ermənistan xarici güc faktorlarının çaldığı havaya oynamaqla məşğuldur. Ermənistanın daxilində də güclü xaos mövcuddur. 10 noyabr bəyanatında Ermənistan üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərdən biri də odur ki, Zəngəzur dəhlizi açılmalıdır. Ancaq Ermənistanın bugünki siyasəti onu göstərir ki, 10 noyabr bəyanatını mübahisələndirməyə çalışır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dediklərini də biz bu kontekstdən dəyərləndirməliyik. Kimin nə deməyindən asılı olmayaraq, Ermənistan bir dövlət kimi sənədə qol çəkib. Hər bir halda Zəngəzur dəhlizinin açılması mütləqdir. Hesab edirəm ki, bütün bunlara baxmayaraq Zəngəzur dəhlizi açılacaq".
Qeyd edək ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Ermənistan hökuməti 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına qayıtmaq məsələsini nəzərdən keçirmir.
Əfsanə Kamal
Demokrat.az