Litva Ukraynaya 80 milyon avro hərbi yardım verəcək

HƏRBİ 19 fevral 2025, 20:04
Litva hökuməti Ukraynaya 80 milyon avro dəyərində yeni hərbi dəstək paketi hazırlayıb. 

Demokrat.az
xəbər verir ki,  barədə TASS məlumat yayıb.

Müdafiə Nazirliyinin sözçüsü Asta Qaldikaite bildirib ki, hazırlanan paketə Ukrayna ordusunun ən çox ehtiyac duyduğu şeylər daxil olacaq, bu, 2025-ci ildəki yardımın təxminən yarısıdır.

Paketə hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və dron əleyhinə müdafiə sistemləri, həmçinin döyüş sursatları, əsgərlər üçün avadanlıq və hərbi nəqliyyat vasitələri daxil olacaq.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 fevral 2025, 09:26
Top