Əməliyyat zamanı “TikTok”da canlı açan cərrah nazirliyə ÇAĞRILDI

HADİSƏ 19 fevral 2025, 11:21
Bir neçə gün əvvəl “National Prime Hospital”dakı əməliyyat zamanı “TikTok”da canlı yayım edən cərraha xəbərdarlıq olunub.

Demokrat.az xəbər verir ki, bu barədə “Unikal”a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cərrah Ruslan Ağayev nazirliyə dəvət olunub:

“Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb. Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top