![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2020/12/25/1/79dbecae-dceb-4d3f-8e6c-601d4b55c16d/mekteb-sinif.jpg)
"Mart ayında şagirdlər üçün kifayyət qədər tətil müddəti elan edilib. Bu, tədris prosesinə müəyyən qədər təsir göstərəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev deyib.
Ekspert bu günə kimi şagirdlərə yalnız qış tətili verildiyini xatırladıb:
"Bu da 27 yanvar-3 fevral aralığında gerçəkləşdi. Bundan sonra isə ikinci yarımillik dövründə fevral və mart ayının yarısından çoxunu dərsdə olacaqlar. Yaxşı olar ki, müəllimlər tətil günlərini nəzərə alaraq ev tapşırıqlarını günlərə görə versinlər. Yəni, daha çox tapşırıq verməmək, amma müəyyən qədər də mövzulardan geri qalmamaq şərti ilə ev tapşırıqlarını verə bilərlər”.
Ekspert ümumilikdə belə tətillərin olmasını şagirdlər üçün daha uyğun olduğunu hesab edir:
"Həm 11-ci sinif şagirdləri ali təhsil müəssisələrinə, həm də 9-cu sinif şagirdləri buraxılış imtahanları verəcəklər. Onlar üçün tətil dövrü daha uyğundur. Digər siniflər isə əsas tətil dövrünü dəyərləndirməli olacaqlar”.
Qeyd edək ki, Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 18 gün tətil elan edilib.