Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad edilməsini tələb edən qətnamə qəbul edib.Qətnamə 114 lehinə, 13 əleyhinə səs olmaqla qəbul edilib.Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, nümayişçilərə qarşı güc tətbiqini, jurnalistlərə, vətəndaş fəallarına qarşı hüquqi müxanizmlərdən istifadəni dayandırmaq, "xarici agentlər” qanununu geri çəkmək tələb edilib.Hakim Gürcü Arzusu partiyası sözügedən tələbləri aprel ayına qədər yerinə yetirməlidir. Həmin vaxtadək Gürcüstan nümayəndə heyətinin səlahiyyətləri məhdud olacaq.Gürcüstanın Baş naziri İrakli Kobaxidze AŞPA-nın ölkədə yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməsini absurd adlandırıb.
O, “İmedi” telekanalına müsahibəsində bildirib. “Bu qərar Avropa bürokratiyasının kifayət qədər çətin vəziyyətdə olduğunu göstərir. Bu, həm Brüsselə, həm də Strasburqa aiddir. Bunun başqa bir təzahürü isə ədalətsizlikdən çox, tamamilə absurd qərar idi”- deyə, o qeyd edib.
Mövzu ilə bağlı Demokrat.az- a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, Avropa Şurası Parlamenti Assambleyasının Gürcüstanda parlament seçkilərinin təkrar keçirilməsi ilə bağlı Gürcüstan dövlətinə və parlamentinə ünvanladığı tələblər müstəqil və suveren dövlətin daxili işlərinə müdaxilədir:
“Gürcüstanda keçən ilin oktyabr ayında parlament seçkiləri keçirilib. Gürcü xalqının istəyinə, azad iradəsinə rəğmən Gürcüstanda yeni parlament və bunun əsasında hökumət formalaşıb. Avropa parlamenti israrla Gürcüstanda seçilən parlamenti tanımaq istəmir. Bunun əsas səbəbi Avropa İttifaqının uzun illərdən bəri iş birliyində olduğu Gürcüstanın qərbyönümlü müxalifətinin Gürcüstan parlamentində kifayət qədər mandat yeri əldə etməməsi ilə bağlı oldu. Nəticə etibarı ilə Qərb alyansı Gürcüstan dövlətinin siyasi kursuna təsir imkanlarını əhəmiyyətli dərəcədə itirdi. Gürcüstanda hakimiyyətə gəlmiş iqtidar bəyan etdi ki, dövlətin siyasi kursunun istiqamətinin müəyyənləşdirilməsi gürcü xalqının müstəsna hüququdur. Gürcüstan parlamenti ilə hökumət konstitusiyanın məlum müddəasına çıxış edərək xalqın istəyinə uyğun siyasət həyata keçirməyə borclu olduğunu vurğuladı”.
Politoloq onu da qeyd edib ki,hadisələrin gedişatı Avropa İttifaqı və eyni zamanda ABŞ-nı də qane etmir:
“Cənubi Qafqazda siyasi durumu qərb alyansının xeyrinə dəyişmək üçün Avropa İttifaqında bəlli dairələrin həyata keçirəcəyi siyasətdir. Təbii ki, bununla bağlı Gürcüstana təkrar parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbin əsas səbəbi yeni seçkilərin keçiriləcəyi təqdirdə Qərbin maraqlarına cavab verəcəyi parlamentin formalaşamasıdır. Bu parlamentin Gürcüstanın Qərbə inteqrasiyası ilə bağlı olan proseslərdə tamamilə fərqli şərait yarana bilər. Gürcüstan parlamenti və höküməti 2028-ci ilə qədər Avropa İttifaqına inteqrasiyası ilə bağlı prosesləri müəyyən bir müddətə təxirə saldı. Bunun əsas səbəbi Avropa İttifaqının Gürcüstan parlamentinə gürcü xalqının dəyərlərinə, adət-ənənələrinə, Gürcüstan dövlətçiliyinə, qanunvericiliyinə uyğun gəlməyən hüquqi müddəları dəyişdirmək istəyidir. Bu da təbii ki, uzun illərdən bəri oturuşmuş ənənəvi və mental dəyərlərə qarşı olduğu üçün Gürcüstan hökuməti bununla razı deyil. Bu mənada onlar Gürcüstan dövləti ilə təhdid dilində danışmaq mövqeyini tutublar”.
Leyla Turan
Demokrat.az