Slovakiyada etirazçıların üçdə biri ukraynalıdır

DÜNYA 25 yanvar 2025, 21:10
Slovakiyada hökumət əleyhinə nümayişlərdə iştirak edənlərin üçdə biri  ukraynalıdır. 

Demokrat.az
xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko deyib.

Fiko qeyd edib ki, bundan sonra Ukrayna televiziyasında ukraynalıların Slovakiyada nədənsə narazı olması xəbəri yayılıb.

Bir gün əvvəl Slovakiyanın 30 şəhərində baş nazir Fiko hökumətinə qarşı etiraz aksiyaları keçirilib. Ölkədəki mitinqlərdə 100 minə yaxın adam iştirak edib. 

Təşkilatçıların hesablamalarına görə, paytaxtda 60 minə qədər insan mitinq keçirib. Etirazçılar Slovakiyanın gələcəyi naminə baş nazirin istefasını tələb ediblər. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 yanvar 2025, 08:50
Top