Lalə Şövkətin partiyası fəaliyyətini bərpa edir

SİYASƏT 01 yanvar 2025, 23:11
Azərbaycan Liberal Partiyasının onlayn qurultayı keçirilib. 

Demokrat.az  “Unikal”a istinadən xəbər verir ki, qurultayda partiyanın Nizamnaməsinə əlavələr edilib,  professor Lalə Şövkət ALP-nin lideri, Əvəz Temirxan isə yenidən partiyanın sədri seçib.

Bundan başqa, partiyanın 24 iyun 2024-cü ildə keçirilmiş Qurultayının ALP-nin fəaliyyətini “Siyasi partiyalar haqqında” Qanunun 8.1. və 8.6. maddələri qaydasında dayandırmaq müddətini 31.12.2024-cu ildən başlayaraq 31.01.2029-cu ilədək, ölkədə Milli Məclisə növbədənkənar deputat seçkiləri keçirildikdə isə dövlət orqanlarını həmin günü elan etdiyi günədək və ya növbəti Qurultayın partiya fəaliyyətini bərpa edilməsi haqqında təyin etdiyi günədək uzadılması haqqında qərar qəbul edib.

Xatırladaq ki, partiya ötən ilin iyul ayında fəaliyyətini dayandırdığını bəyan etmişdi.

Qeyd edək ki, bir müddət əvvəl Lalə Şövkətin hərəkət qabiliyyətini itirdiyinə dair oğlu tərəfindən açıqlama verilmişdi.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 yanvar 2025, 15:21
04 yanvar 2025, 13:57
Top