Ramil Əliyev: "2025-ci ildə yeni layihələr və uğurlu fəaliyyətlərlə yola davam edəcəyik"

SİYASƏT 26 dekabr 2024, 18:04
"İnkşafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a 2024-cü ilin sonunda təşkilatlarının fəaliyyətini və 2025-ci il üçün planlarını açıqlayıb. O, bildirib ki, təşkilat 2020-ci ildən fəaliyyət göstərir və həmin ildən bu günə qədər ölkədəki iqtisadi və siyasi proseslərdə aktiv iştirak edib. Ramil Əliyev, həmçinin Vətən müharibəsi zamanı arxa cəbhədə fəaliyyət göstərdiklərini, pandemiya dövründə isə cənab Prezidentin "Evdə qal" kampaniyasına qoşularaq müxtəlif işlər gördüklərini qeyd edib.

2024-cü ildə təşkilatın aktivliyi Türkiyədə və Avropada ATXƏM İB təşkilatçılığı ilə Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə bağlı tədbirdə iştirak ediblər. Ramil Əliyev xüsusilə COP 29-da təşkilatlarının fəal iştirakını və Azərbaycanı yüksək səviyyədə təmsil etmələrini vurğulayıb. O, həmçinin 2025-ci ildə daha geniş və əhatəli layihələrin həyata keçirilməsi üçün hazırlıqların davam etdiyini qeyd edib:

"Dövlətimiz təşkilata dəstək göstərir və maliyyə vəsaitləri düzgün şəkildə istifadə ediləcək. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni qrant müsabiqəsində iştirak etmişiki və layihəmizai təqdim etmişik. Əgər layihələr uğurlu olarsa, təşkilat fəaliyyətini davam etdirəcək. İctimai birliyin gələcək planları arasında Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Təhsil Nazirliyinə müraciət edərək ucqar kəndlərdə məktəblərdə tədbirlər keçirmək və vətənpərvərlik mövzusunda maarifləndirmə işlərini genişləndirmək var. Təşkilatımız Azərbaycanda və xaricdə müxtəlif tədbirlərdə iştirak edib və gələcəkdə daha böyük uğurlu işlər görməyi hədəfləyir. Həmçinin Azərbaycan və Türkiyə arasındakı əlaqələr daha da möhkəmlənməsinə dəstək olacağıq və sülhə nail olmaq üçün addımlar atacaq".

Təşkilatın uğurlu fəaliyyəti, gələcək planları və dövlətin dəstəyi ilə bağlı daha ətraflı məlumat verən Ramil Əliyev, 2025-ci ildə təşkilatlarının beşinci ilini tamamlayacağına diqqət çəkərək, bu dövr ərzində yeni layihələrin həyata keçiriləcəyini bildirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top