Qəzada ölənlərdən biri İTV-nin sabiq əməkdaşıdır

GÜNDƏM 25 dekabr 2024, 20:50
Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub.

Demokrat.az  lent.az-a istinadən xəbər verir ki, İTV-nin keçmiş rejissoru Könül Əlizadə də qəzaya uğrayan təyyarədə olub.

Qəza nəticəsində o həlak olub.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərək, qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 08:27
Top