Aİ mülki vətəndaşları üçün də vizasız rejimi ləğv edə bilərmi? — AÇIQLAMA

GÜNDƏM 17 dekabr 2024, 21:58
Avropa İttifaqı Gürcüstan diplomatları üçün vizasız gediş-gəlişi dayandırır. Bu barədə Avropa İttifaqı xarici işlər nazirləri Brüsseldə keçirilən iclasda razılığa gəliblər. Qərara əsasən diplomatik pasportlara malik Gürcüstan rəsmiləri üçün vizasız gediş-gəliş dayandırılacaq. 
Mülki Gürcüstan vətəndaşları üçün də Avropa İttifaqı ərazisinə vizasız gediş-gəlişin ləğv edilməsi ehtimalı da gündəmə gəlir. Bu zaman sual yaranır – gürcüstanlı turistlərin Azərbaycana axını başlaya bilərmi?


Turizm eksperti Əziz Şiriyev Demokrat.az-a açıqlamasında deyib ki, Avropa İttifaqı hər zaman öz maraqlarına uyğun addım atır. O qeyd edib ki, Avropa İttifaqı lazım olan məqamda Gürcüstan üçün viza rejimini ləğv etmişdi, indi isə əksinə addım atır:

“Gürcüstan vətəndaşlarının Azərbaycana və digər ölkələrə gediş-gəlişinə gəldikdə isə, onsuz da istər xaricdən gələn turistlər, istər gürcülərin özlərinin Azərbaycana kifayət qədər maraqları var. Qonşu ölkə olmağımız da buna birmənalı şəkildə öz töhfəsini verir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın bir sıra şirkətləri Gürcüstanda da filiallarını açıb. Orada istər gürcü vətəndaşların, istərsə də digər ölkələrin vətəndaşlarının Azərbaycana səyahətlərini təşkil edirlər. Viza rejimi olsa da, olmasa da, post Sovet ölkələrinin, MDB məkanı turistlərinin Azərbaycana marağı getdikcə artmaqdadır. Onlara Bakıya və xüsusən də müalicə ilə bağlı Naftalana gəlirlər”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top