Rumıniyada seçkilərə müdaxilə ilə bağlı cinayət işi açılıb

DÜNYA 06 dekabr 2024, 19:55
Rumıniya Baş Prokurorluğu seçkilərə müdaxilə ilə bağlı iki cinayət işi açıb.

Demokrat.az xəbər verir ki, ölkənin Baş Prokurorluğu bu barədə məlumat yayıb.

“Prezident seçkilərinə müdaxilə ilə bağlı iki cinayət işi açılıb. Bu, seçicilərə təsir etmək üçün internetdə minlərlə saxta hesabın yaradılmasını göstərən sənədlərin məxfilikdən çıxarılmasından sonra mümkün olub”, – deyə məlumatda deyilir.

Prokurorluq qeyd edib ki, söhbət ölkədə əvvəllər rast gəlinməyən yeni cinayət növündən gedir.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top