Merkelin “Azadlıq” kitabı satış rekordu qırır — Bestsellerlər siyahısında liderdir

SOSİAL 05 dekabr 2024, 14:29
Almaniyada keçmiş kansler Angela Merkelin “Azadlıq” adlı memuarlarının satışı ilk həftədə 200 min nüsxəni keçib.

Demokrat.az xəbər verir ki, bu, 2024-cü ildə ölkədə nəşr olunan kitablar üzrə rekord sayılır.

Bu barədə Almaniyada kitab bazarının dinamikasını izləyən “Media Control” məlumat yayıb.

“Merkelin “Azadlıq” adlı kitabı noyabrın 26-da satışa çıxarılıb. Artıq ilk günlərdə kitab Almaniyada, eləcə də qonşu İsveçrə və Avstriyada istisnasız bütün bestsellerlər siyahısında birinci yeri tutur”, – “Media Control” bildirir.

“Bu il heç bir kitabda belə ildırım sürəti ilə satışa başlanmayıb”, – şirkət rəhbəri bildirib. Onun sözlərinə görə, bu, keçmiş kanslerin almanlar arasında davamlı populyarlığını əks etdirir.

Şirkətin təhlilinə görə, kişilər Merkelin kitabını qadınlara nisbətən daha çox alırlar (48%-ə qarşı 52%).

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 10:51
Top