Ölkəmizdə yeni doğulan uşaqlara nənə və baba adlarının qoyulması ənənəsi geniş yayılıb. Bəzi valideynlər özlərini bunu etməyə borclu hiss edir, bəziləri isə əksinə, bunun uğursuzluq gətirəcəyini düşünürlər.
Maraqlıdır, bəs, nənəsinin və ya babasının adını daşıyan uşaqlar özlərini necə hiss edirlər?
Kiminsə adını daşımaq uşağın şəxsiyyətinə, xarakterinə təsir edirmi?
Mövzu ilə psixoloq Fərqanə Mehmanqızı Demokrat.az-a açıqlamasında fikirlərini bölüşüb.
O deyib ki, bu, yeni tendensiya deyil:
“Mental dəyərlərimizdə nənənin, babanın, yəni böyüklərimizin adını yaşatmaq ənənəsi var. Bütün dünyada, digər xalqlarda da bu ənənə var. Bəzi insanlar düşünürlər ki, uşaq kimin adını daşıyırsa, o adamın mənfi və müsbət cəhətləri də uşağa yansıyır. Amma təbii ki, bunlar fərziyyədir. Bu, həyata baxış və xarakter məsələsidir, ümumiləşdirmək doğru olmazdı.
Pis və ya yaxşı ənənədir demək də düzgün deyil. Hər şey insanın enerjisi və düşüncəsi ilə bağlıdır. Buna görə də insan pis düşünsə, pis olur, yaxşı düşünsə, yaxşı olur. Böyüklərin adını uşağa qoyub-qoymamaq da individual məsələdir, ailənin dəyərlərindən, ənənəsindən asılıdır.
Yəni individual məsələlər bir xətt üzrə baş vermir. Nənəsinin, babasının adını daşımaq uşağa təsir edə bilər. Uşaq istəyə bilər ki, nənəsi və ya babası uğurlu insan olubsa, o da onun kimi uğur qazansın. Uşaq bununla fəxr edə bilər və nənəsini, babasını özünə örnək götürüb, onlar kimi olmağa çalışa bilər”.
Törə Zeynallı
Demokrat.az