“Media subyektlərində yayımlanmış materiallardan narazı qalan, dərc edilmiş məzmunla bağlı hər hansı bir hüququnun pozulduğunu düşünən şəxsin məhkəməyə müraciət etmək haqqı vardır. Bu, vətəndaşın konstitusiya ilə, müvafiq qanunlarla tanınan hüququdur. Amma nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək həmin şəxsin mütləq haqlı olduğu barədə qərar çıxarılacağı anlamına gəlmir. Mümkündür ki, mövcud mübahisə üzrə keçirilən məhkəmə prosesində vətəndaş, yəni şikayətçi deyil, onun şikayət verdiyi jurnalist və ya media subyekti qalib çıxsın. Təcrübədə bu cür hallarla dəfələrlə rastlaşırıq”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib. O qeyd edib ki, belə natamam şikayətlərdən yayınmaq, həm şikayətçinin, həm də şikayət olunanın lüzumsuz mübahisələrə, proseslərə cəlb olunmalarının qarşısını almaq üçün bəzi prosedurlar müəyyənləşdirilib:
“Bu prosedurlar sadədir. Xüsusi bir əziyyət çəkmədən mübahisəyə səbəb olmuş məqamı aradan qaldırmaq mümkündür. Əgər kimsə yayımlanmış media məhsulunda haqqının tapdanıldığını, hüququnun pozulduğunu düşünürsə, media subyektinin redaksiyası ilə əlaqə saxlayıb həmin yanlışın aradan qaldırılmasını tələb etmək hüququ vardır. Vətəndaş qeyd edilən məzmunla bağlı təkzib verilməsini, düzəliş olunmasını, yaxud, mövqeyinin dərc edilməsini tələb etmək hüququna malikdir. Bu hüquq həm “Media haqqında” Qanunla, həm də Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi ilə tanınır. Yəni, yaranmış mübahisəni məhkəməyə getmədən həll edə bilmək hüququ da qanunlarla tanınır”.
Ekspertin sözlərinə görə “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 18 maddəsi “Təkzib, düzəliş və cavab vermək hüququ”nu ehtiva edir:
“Həmçinin, Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksinin həm 1-ci, həm də 3-cü prinsipi bu barədə prosedurları əks etdirir. Yəni, vətəndaş əgər şikayətində haqlıdırsa, bu hüquqi prosedurlardan yararlanmaqla, öz haqqını bərpa edə bilər.
Yeri gəlmişkən qeyd edim ki, “təkzib, düzəliş və cavab vermək hüququ”nun təmin edilməsi yolu təkcə redaksiya ilə əlaqə saxlamaqla məhdudlaşmır. Bildiyimiz kimi, Azərbaycan demokratik dövlətlərin ənənəsindən istifadə edərək, medianın özünütənzimləmə mexanizmini tanıyır. Ölkədə Mətbuat Şurası, Audiovizual Şura kimi medianın özünütənzimləmə qurumları mövcuddur. Əgər vətəndaş redaksiya ilə əlaqə saxlayaraq haqqının tanınmasına nail ola bilmirsə, onda Mətbuat Şurasına müraciət ünvanlamaqla qarşılaşdığı problemi mübahisələndirə, hüququnun bərpası üçün yardım ala bilər. Bütün bu prosedurları keçdikdən sonra yenə də narazı qalarsa, onda məhkəmə instansiyasına üz tutmaqda tam haqlı ola bilər”.
Törə Zeynallı
Demokrat.az