“Vətəndə baş verənlərə susmaq olmaz” — Zurabişvili xaricdə yaşayan gürcülərə müraciət etdi

DÜNYA 30 noyabr 2024, 14:22
Gürcüstan Prezidenti Salome Zurabişvili sosial şəbəkədəki paylaşımında Avropa və Amerikada yaşayan gürcüləri ölkədə baş verənlərlə bağlı öz mövqelərini fəal şəkildə ifadə etməyə çağırıb.

“Bu qəddar, amansız, rus tipli xüsusi əməliyyatlara, ifadə azadlığının boğulmasına münasibətinizi aydın şəkildə ifadə etməyin vaxtıdır...Vətəndə baş verənlərə susmaq və heç nə olmamış kimi davranmaq artıq ola bilməz!”, - Salome Zurabişvili noyabrın 30-da “facebook”-da paylaşdığı müraciətdə qeyd edib.

Zurabişvili gürcü mühacirlərdən öz mövqelərini mətbuatda, səfirliklərdə və ya Gürcüstana gəlməklə bildirmələrini xahiş edib. (AzPolitika.info)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 aprel 2025, 20:33
16 aprel 2025, 19:22
Top