Bayden COP29-un müvəffəqiyyətlə təşkilinə görə Azərbaycana təşəkkür etdi

GÜNDƏM 24 noyabr 2024, 20:17
ABŞ prezidenti Co Bayden COP29-un müvəffəqiyyətlə təşkil olunmasına görə Azərbaycana təşəkkür edib.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.

“Mən tərəfləri və COP29 prezidentini bu mühüm nəticəyə görə təbrik edirəm. İqlim hədəflərinə çatmaq üçün əhəmiyyətli addımlar atılıb, bugünkü uğur düzgün istiqamətdə atılmış mühüm bir addımdır. ABŞ xalqı və gələcək nəsillər adından daha təmiz, daha təhlükəsiz və sağlam planetin təmin edilməsi üçün səylərimizi artırmaq öhdəliyinə sahibik”, deyə Ağ Evin sahibi bildirib.

Bundan əlavə, ABŞ prezidenti qeyd edib ki, COP29 həm də tarixi konsensusa nail olmaq üçün mühüm bir platforma olub.

“Konfrans zamanı ölkələr 2035-ci ilə qədər iqlim təşəbbüslərinin beynəlxalq maliyyələşdirilməsinə dair iddialı bir məqsəd müəyyənləşdiriblər. Bu, inkişaf etməkdə olan ölkələrin yaşıl və dayanıqlı iqtisadiyyatlara keçidini sürətləndirmək üçün lazım olan maliyyə resurslarını səfərbər edəcək”, – Bayden əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top