Əhali mağazalarda nə qədər pul xərcləyir? — AÇIQLANDI

GÜNDƏM 17 noyabr 2024, 22:39
Bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 48 milyard 343 milyon manatlıq, o cümlədən 26 milyard 472,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 870,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Demokrat.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,9 faiz artıb.

Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,6 faiz, fərdi sahibkarlar üzrə 0,7 faiz, bazar və yarmarkalarda 3 faiz artıb. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 473,9 manatlıq, o cümlədən 259,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 214,4 manatlıq qeyri-ərzaq malları alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top