Su Ehtiyatları Agentliyinin sədri Dünya Bankının tədbirində — FOTOLAR

COP29 14 noyabr 2024, 13:08
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dünya Bankının təşkil etdiyi "Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası" mövzusunda yüksək səviyyəli tədbirdə iştirak edib.

Agentlikdən Demokrat.az-a verilən məlumata görə, Zaur Mikayılov su sektorunda itkilərin azaldılması və islahatlar çərçivəsində görülmüş işlərdən, eləcə də iqlim dəyişikliyinin yaratdığı təzyiqlərə qarşı mübarizə istiqamətlərindən danışdı.

Tədbirdə iştirak edən Albaniyanın baş nazirinin müavini xanım Belinda Balluku, Rumıniyanın Energetika naziri cənab Sebastian Burduja və Dünya Bankının vitse-prezidenti Juergen Voegele COP29 tədbirinin Azərbaycanca təşkil edilməsini yüksək qiymətləndirdiklərini qeyd etməklə yanaşı, yaxın gələcəkdə həyata keçirilmiş yaşıl enerji layihələri barədə ictimaiyyətə məlumat verdilər



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top