Bəzi ölkələr Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhə açmağa çağırıblar

DÜNYA 13 noyabr 2024, 23:48

“Konkret səfirliklərin nümayəndələri Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhə açmağa və sonra partizan müharibəsi aparmağa çağırıblar”.

Bunu Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisinin meri Kaxa Kaladze “İmedi” telekanalına müsahibəsində deyib.

“Konkret səfirliklərin nümayəndələri birbaşa bizi Rusiya ilə müharibəyə başlamağa çağırdılar. Bir müddət belə deyək ki, dayanacaqdıq deyəndə və o zaman nə olacaq sualını verəndə cavab heyrətləndirici oldu. Biz partizan müharibəsinə keçməli idik”, - deyə o qeyd edib.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 noyabr 2024, 17:20
Top