ABŞ Ukrayna lideri Vladimir Zelenskiyə Ukraynada səfərbərlik yaşının 18 ilə endirilməsi üçün təzyiq göstərir.
Demokrat.az xəbər verir ki, bu barədə Zelenskinin ofisinin müşaviri Sergey Leşşenko Telegram kanalında məlumat verib.
“Təsdiq edə bilərəm ki, hər iki partiyanın amerikalı siyasətçiləri prezident Zelenskiyə Ukraynada 18-25 yaşlıların səfərbərliyinin niyə həyata keçirilmədiyi sualı ilə bağlı təzyiq göstərirlər”, deyə o vurğulayıb.
Leşşenkonun sözlərinə görə, ABŞ Vyetnam kampaniyası ilə bağlı arqument irəli sürür. Ukraynalı siyasətçi bildirir ki, amerikalılar Kiyevə Vyetnam müharibəsi zamanı 19 yaşından gənc ABŞ sakinlərinin cəbhəyə aparıldığını xatırladırlar.
Bu baxımdan, Vaşinqton 18 yaşından Ukraynada səfərbər olmağı məqsədəuyğun hesab edir.
Mehriban Mirzəzadə
Demokrat.az