Növbəti istilik mövsümü nə vaxt başlayacaq? — Rəsmi açıqlama

SOSİAL 10 oktyabr 2024, 15:57
Bakıda bu il istilik mövsümünün noyabr ayının 15-də başlanması nəzərdə tutulub.

Demokrat.az xəbər verir ki, bu barədə Trend-ə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.

O bildirib ki, noyabrın 1-dən isə 14 dağlıq və dağətəyi rayonlarda başlanacaq.

Həmin rayonlar aşağıdakılardır:

1.Daşkəsən

2.Gədəbəy

3.Xaçmaz

4.Kəlbəcər

5.Qəbələ

6.Quba

7.Qusar

8.Laçın

9.Lerik

10.Şamaxı

11.Siyəzən

12.Şabran

13.Şuşa

14.Yardımlı

E. Basqallı qeyd edib ki, hələlik işğaldan azad edilmiş ərazilərdən Şuşada qazanxana var: "Orada yeddi qazanxanamız mövcuddur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2024, 08:52
11 oktyabr 2024, 08:33
Top