Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta məktəbdə dərslər başlayıb. 960 şagird yerlik məktəbdə ilk tədris günün başlaması ilə əlaqədar keçirilən tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və digər rəsmi şəxslər, məktəb kollektivi, Cəbrayıl şəhər sakinləri iştirak ediblər. Məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.
İşğaldan azad olunmuş bəzi rayonlarda yeni istifadəyə verilən məktəblərdə obyektiv səbəblərdən dolayı tədris daha gec başlayıb.
Təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında deyib ki, buradakı yeni məktəblərdə tədris ilinin gec başlaması problemli məsələ deyil.
“İşğaldan azad edilmiş ərazilərdəki məktəblərin sayı hər il artır. Azad olunmuş ərazilərdə infrastrukturun qurulması, təhsil müəssisələrinin tikintisi böyük zəhmət, güc və maliyyə hesabına başa gəlir.
Yeni məktəblərdə tədris alan şagirdlər tədris proqramından geri qalmayacaqlar. Çünki həmin şagirdlər sentyabrın 15-dən etibarən yerləşdirildikləri məktəblərdə digər şagirdlər kimi dərslərə başlamışdılar.
Sadəcə olaraq təhsillərini bu gündən Cəbrayıl şəhərindəki məktəbdə davam etdirirlər, yəni onların tədrisi dayandırılmamışdı, bu günə kimi də məktəbə gedirdilər. Tədris proqramından geri qalmayacaqlar, çünki Bakıda və yaşadıqları digər yerlərdə doğma yurdlarına köçənədək məktəbə getməyə davam edirdilər”.
Törə Zeynallı
Demokrat.az