Harris: İran ABŞ-ın əsas düşmənidir

DÜNYA 08 oktyabr 2024, 08:56
ABŞ-ın vitse-prezidenti və ən yüksək hökumət postuna demokrat namizəd Kamala Harris seçkilərdə qalib gəlsə, Kiyevdən olan nümayəndələrin iştirakı olmadan Rusiya dövlət başçısı Vladimir Putinlə görüşdə Ukraynadakı münaqişənin həllini müzakirə etməyəcək.

Demokrat.az xəbər verir ki, bu barədə o, CBS telekanalına müsahibəsində açıqlayıb.

“Ukraynadakı münaqişəyə son qoymaq üçün Putinlə görüşərsinizmi” sualına o, belə cavab verib: “Ukraynasız ikitərəfli əsasda yox. Kiyev ölkənin gələcəyi ilə bağlı öz sözünü deməlidir”.

Xanım diplomat əlavə edib ki, İran dünyanın bütün ölkələri arasında ABŞ-ın əsas düşmənidir: “İranın əlində Amerika qanı var. Birləşmiş Ştatlar İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasına əmin olmalıdır. Bu, mənim üçün əsas prioritetlərdən biridir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
Top